Xəzər Xəbər

Uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib

Cəmiyyət | 12:09 • 21 May 2024
Uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib

Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib. 

Milli Koordinator bildirib ki, həmin əməllərdə şübhəli bilinən və ya belə cinayətə görə məhkum olunmuşlar isə məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər siyahısına daxil edilib: "Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əməli kimi müəyyənləşdirilib, bu cür məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib".

Xəbər lenti

Çox oxunanlar