Xəzər Xəbər

Son 30 ildə Xəzər dənizinin səviyyəsi iki metrdən çox aşağı düşüb

Cəmiyyət | 08:47 • 21 May 2024
Son 30 ildə Xəzər dənizinin səviyyəsi iki metrdən çox aşağı düşüb

1990-cı illərin ortasından bəri Xəzər dənizinin səviyyəsi iki metrdən çox aşağı düşüb.

Xezerxeber.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbərinin müavini Vasili Sokolov məlumat verib. O qeyd edib ki, bu müddət ərzində dəniz demək olar 2,4 metr dayazlaşıb. Eyni zamanda, sahil xətti və su bioloji resursları çox böyük xarici təsirlərlə üzləşməyə davam edir. Nəticədə bəzi növlərin populyasiyaları yox ola bilər.

“Rusiya yaxın gələcəkdə Volqanın axınının tənzimlənməsi məsələsini həll etməzsə, həm Xəzər suitilərinin sayı ilə, həm də daha kütləvi və heç də az əhəmiyyətli olmayan kilkə kimi növlərlə bağlı problemlərlə üzləşə bilərik”, - deyə Vasili Sokolov vurğulayıb.

Xəzər dənizi beş ölkənin - Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan sahillərini əhatə edən ən böyük su obyektidir. Bu gün o, mütəmadi olaraq çirklənmə və iqlim dəyişikliklərindən əziyyət çəkir. Buna görə də dəniz heyvanları həlak olur, bir çoxu yox olma təhlükə altındadır.

Xəzər suitləri də risk zonasındadır. Mütəxəssislər onların tamamilə yox olacağını proqnozlaşdırırlar. Belə ki, 1990-cı ildən 2012-ci ilə qədər populyasiyanın sayı 1,2 milyondan 274 minə qədər azalıb. Xəzərin sahillərində vaxtaşırı heyvanların kütləvi ölümü qeydə alınır. Rusiyanın Təbiət Nazirliyi Xəzər suitilərinin statusunun sayı azalmaqda olandan nəsli kəsilməkdə olana dəyişdirilməsini təklif edir.

Qeyd edək ki, bu payızda Maxaçkalada Xəzər suitilərinə həsr olunmuş konfrans keçiriləcək. Tədbir beş Xəzəryanı ölkələrin nümayəndələrini bir araya gətirəcək.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024