Naxçıvan stansiyasından 76 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Naxçıvan stansiyasından 76 km cənub-qərbdə Azərbaycanın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.
Yeraltı təkanlar yerli vaxtla saat 22:01-də qeydə alınıb.
Zəlzələ ocağı yerin 4 kilometr dərinliyində olub.