Sabiq millət vəkili Hadı Rəcəbli 76 yaşında vəfat edib.
Xezerxeber.az-ın məumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.
Qeyd edək ki, Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.