Yol hərəkətinin, nəqliyyatın idarə edilməsi məsələsində özəl sektorun iştirakı yaxşı olardı. Sərnişindaşıma və xüsusilə taksilər ilə bağlı xüsusi qaydalar, cəzalar müəyyən edilməlidir.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
Nəqliyyatın idarə edilməsi ilə bağlı 2030-cu ilə qədər layihəyə münasibət bildirən E.Allahverdiyev Bakı şəhərinə girişlə bağlı yeniliklərin tətbiqinin əhəmiyyətini qeyd edib.
Tıxac probleminə toxunan deputatın sözlərinə görə, sərnişindaşımada, metroda, avtobusda xidmət yüksək keyfiyyətli və əlçatan olmalıdır ki, sərnişinlər şəxsi avtomobillərdən daha çox ictimai nəqliyyata üstünlük versinlər.