Xəzər Xəbər

Metronun "28 May" stansiyasının qarşısına avtomobillərin girişi qadağan edilir

Cəmiyyət | 10:55 • 11 Mart 2024
Metronun "28 May" stansiyasının qarşısına avtomobillərin girişi qadağan edilir

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bununla bağlı məlumat ictimaiyyətə açıqlanacaq".

Onun sözlərinə görə, bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.

Xəbər lenti