Xəzər Xəbər

Tələbələrin kolleclərdən xaric olunma qaydaları açıqlanıb

Cəmiyyət | 12:11 • 7 Mart 2024
Tələbələrin kolleclərdən xaric olunma qaydaları açıqlanıb

Tələbələrin orta ixtisas təhsil müəssilərindən xaric olunma qaydaları açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydasında əksini tapıb. 

Tələbələr aşağıdakı hallarda orta ixtisas təhsili müəssisəsindən xaric edilir:

Öz arzusu ilə; orta ixtisas təhsili müəssisəsini dəyişdikdə; orta ixtisas təhsili müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə orta ixtisas təhsili müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda; səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən); növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər orta ixtisas təhsili müəssisəsi ilə əlaqə saxlamadıqda; əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda; əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə; yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).

Orta ixtisas təhsili müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə orta ixtisas təhsili müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

Xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.

Xəbər lenti

Çox oxunanlar