Xəzər Xəbər

Azərbaycanda müəllim olmaq istəyən kişilərin sayı ARTDI

Cəmiyyət | 12:59 • 6 Mart 2024
Azərbaycanda müəllim olmaq istəyən kişilərin sayı

Müəllimlərin işə qəbul prosesinə müraciət edən kişilər arasında artım var.

Xezerxeber.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Belə bir tədqiqat yoxdur ki, kişi müəllim çox olsa, keyfiyyət yaxşı olar. Ənənəvi olaraq bu peşəni seçənlər daha çox qadınlar olub.

Bilmirəm, cəmiyyət nə üçün düşünür ki, kişi müəllimlər məktəbdə çox olsa, tədris yaxşı olar. Kişi müəllimlərə daha çox maaş verilməsi təklifi isə diskriminativ yanaşmadır”, - deyə o bildirib.

Xəbər lenti