Xəzər Xəbər

Şifahi imtahandan uğurla keçən hakimliyə namizədlərin siyahısı açıqlanıb

Cəmiyyət | 15:51 • 5 Mart 2024
Şifahi imtahandan uğurla keçən hakimliyə namizədlərin siyahısı açıqlanıb

Martın 5-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından Xezerxeber.az-a verilən məlumata görə, iclasda bildirilib ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 62 hakimliyə namizədlə Komitə tərəfindən şifahi imtahan keçirilib.

Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə Komitə üzvləri tərəfindən müvafiq suallar imtahandan bilavasitə əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb. İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Şifahi imtahanda namizədlərə hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib.

Diqqətə çatdırılıb ki, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi” Qaydalarına edilmiş dəyişikliklərə əsasən, ilk dəfə olaraq imtahanlarda psixoloq iştirak edib. Qaydalara əsasən, imtahana cəlb edilmiş psixoloq namizədin qiymətləndirilməsində iştirak etmir, yalnız onun psixoloji portreti barədə rəy verir. Həmin rəy məlumat xarakterli olmaqla, imtahanın nəticələrinə təsir etmir.

Qeyd olunub ki, imtahanın nəticəsinə görə, 60 və daha çox bal toplamış 37 hakimliyə namizəd tədris kursuna cəlb ediləcək. Qaydalara əsasən, imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir. Tədris kursu çərçivəsində namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, müasir məhkəmə-hüquq islahatları, hakimin etik davranışı, korrupsiya qarşı mübarizə, insan hüquqları, beynəlxalq hüquq normaları, habelə məhkəmə təcrübəsində daha çox rast gəlinən mübahisələrə və digər aktual məsələlərə dair mövzular nüfuzlu hakim və ekspertlərin iştirakı ilə tədris olunacaq, habelə onlar müvafiq məhkəmələrdə staj keçəcəklər.

Tədris kursu martın 11-də başlanılacaq.

Eyni zamanda, bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və mayın 5-də keçiriləcək test imtahanında iştirak üçün artıq 250-dən çox namizəd sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.

Tədris mərhələsinə buraxılmış hakimliyə namizədlərin kod üzrə siyahısı ilə bu link (https://jlc.gov.az/az/hakimlerin-secki-komitesi/elanlar/hakimlerin-secki-komitesinin-novbeti-iclasi-kecirilib) vasitəsilə tanış olmaq olar.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024