Xəzər Xəbər

Məleykə Abbaszadə kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına münasibət bildirib

Cəmiyyət | 14:24 • 5 Mart 2024
Məleykə Abbaszadə kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına münasibət bildirib

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sahəsində kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına öz münasibətini bildirib.

Xezerxeber.az xəbər verir ki, Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında insanları bu peşəni seçməyə məcbur etməyin düzgün olmadığını söyləyib.

“Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır. Gender balansı pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksəriyyəti kişilərdir. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir”, - deyə DİM sədri bildirib.

Xəbər lenti

Çox oxunanlar