Xəzər Xəbər

Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına BAŞLANILIR

Cəmiyyət | 16:41 • 3 Mart 2024
Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına

Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Xəbər lenti