Xəzər Xəbər

Uşaq və yeniyetmələr arasında piylənmə dörd dəfə artıb

Cəmiyyət | 09:23 • 1 Mart 2024
Uşaq və yeniyetmələr arasında piylənmə dörd dəfə artıb

Yer üzündə 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir.

Xezerxeber.az xəbər verir ki, bu barədə nəticələri Böyük Britaniyanın “Lancet” jurnalında dərc edilmiş tədqiqata istinadla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

“Bu araşdırma göstərdi ki, 2022-ci ildə dünyada 1 milyarddan çox insan piylənmə ilə yaşayıb", - ÜST qeyd edib ki, söhbət planetin hər səkkizinci sakinindən gedir.

“1990-cı ildən bəri böyüklər arasında piylənmənin qlobal yayılması iki dəfədən çox, uşaq və yeniyetmələr (5-19 yaş arası) arasında isə dörd dəfə artıb", - təşkilat bildirib ki, 2022-ci ilə qədər böyüklərin 43 faizi artıq çəkidən əziyyət çəkib.

ÜST xatırladıb ki, piylənmə ürək-damar xəstəlikləri, diabet və bəzi xərçəng növlərinə səbəb ola bilər.

Xəbər lenti

Çox oxunanlar