Orta təhsil müəssisələrində şagirdlərin yorulmaması üçün əlavə imtahanların sayı azaldıla bilər.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O bildirib ki, hazırda hansı imtahanların azaldılacağı ilə bağlı konkret bir məlumat yoxdur.
"Mən bunu təhsil eksperti olaraq deyirəm. Orta məktəblərdə olan imtahan sayını bir dəfə azaltmışıq, növbəti azaldılma da müzakirə olunur"- deyə o bildirib.