Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən il ərzində 30-40 erkən nikah halının qarşısı alınır.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Komitənin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib.
Onun sözlərinə görə, eyni zamanda, yerli icra hakimiyyəti orqanlarından da məlumatları sorğu edirlər: “Onların verdiyi məlumata görə, 2022-ci ildə 300-ə yaxın erkən nikah halının qarşısı alınıb. Yeni statistika məlumatlar toplandıqdan sonra ictimaiyyətə təqdim olunacaq”.