Xəzər Xəbər

Komitə sədri: Ana südü ilə qidalanan uşaqların sayı azalır

Cəmiyyət | 16:02 • 27 Fevral 2024
Komitə sədri: Ana südü ilə qidalanan uşaqların sayı azalır

Uşaqların süni qidalarla qidalanması halları çox artıb. Ana südü ilə qidalanan uşaqların sayı azalır. Bu, çox təhlükəli tendensiyadır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, dünyanın bir çox ölkələrində uşaqlar üçün süni qida maddələrinin reklamı qadağandır. Bu reklamı etməklə biz uşaqların ana südü ilə qidalanmasının qarşısını alırıq. Uşaqlar üçün ana südündən faydalı ikinci qida yoxdur. Süni qidalar nə qədər keyfiyyətli hazırlansa da, onlar heç vaxt ana südünü əvəz edə bilməz. Süni qidaların reklamı ilə mübarizə aparmaq lazımdır. Uşaqlara süd verməyən analarda ən çox süd vəzi xərçənginə rast gəlinir. Bu, çox təhlükəlidir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti