Xəzər Xəbər

Sosial yardım alanların sayı məlum olub - Bu rayonda cəmi 4 ailəyə sosial yardım verilir

Cəmiyyət | 10:29 • 26 Fevral 2024
Sosial yardım alanların sayı məlum olub - Bu rayonda cəmi 4 ailəyə sosial yardım verilir

Azərbaycanda sosial yardım alan ailələrin sayı məlum olub.

Xezerxeber.az-ın əldə etdiyi məlumata görə, 22.02-2024-cü il tarixinə respublikanın şəhər və rayonları üzrə 62 876 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.

Respublika, o cümlədən Bakı şəhəri üzrə ən çox və ən az sosial yardım alan ailələrin sayı da bilinib.

Məlum olub ki, Azərbaycanda ən çox sosial yardım Abşeron rayonu üzrə verilir. Bu rayonda 4153 ailə sosial yardım alır. Respublika üzrə ən az sosial yardım alan ailə isə Zəngilan sakinləridir. Bu rayon üzrə cəmi 4 ailəyə sosial yardım verilir.

Paytaxt Bakı şəhəri üzrə ən çox sosial yardım alan ailə Xəzər rayonunda yaşayır. Xəzər rayonunda 3817 ailəyə sosial yardım ödənilir. Bakıda ən az sosial yardım ödənilən ailə isə Pirallahı rayonundadır - 147 nəfər.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Hazırda ehtiyac meyarı 270 manat təşkil edir. 2024-cü il ərzində ünvanlı sosial yardımın məbləğinin 550 manata çatacağı gözlənilir.

Atif Sarıxanlı

Xəbər lenti

Çox oxunanlar