Xəzər Xəbər

Sumqayıt Dövlət Universitetində 40 faizədək tələbənin kəsiri var

Cəmiyyət | 15:25 • 22 Fevral 2024
Sumqayıt Dövlət Universitetində 40 faizədək tələbənin kəsiri var

Ali məktəblərin yanvar ayında keçirdiyi qış imtahan sessiyasının yekunları sosial şəbəkələrdəki təhsil qruplarında müzakirə olunur. Bu müzakirələrə qoşulanların əksəriyyəti qış imtahan sessiyasında tələbələri ən aşağı nəticə göstərdiyi ali təhsil ocağı kimi Sumqayıt Dövlət Universitetinin adını çəkiblər.

Xezerxeber.az Modern.az-a istinadən xəbər verir ki, Sumqayıt Dövlət Universitetinin mətbuat katibi Nazxanım Cəlilli məsələyə münaibət bildirib. 

O, son günlər sosial şəbəkələrdə Sumqayıt Dövlət Universitetində keçirilən imtahan sessiyası ilə bağlı yayılan fikirləri nəzərə alaraq, dəqiq nəticələri diqqətə çatdırıb: “2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələri, imtahan sessiyası dövründə Apellyasiyaya müraciət edən tələbələrin statistikası, Apellyasiyanın nəticələri və qarşıda duran vəzifələr Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 14 fevral 2024-cü il tarixli iclasında müzakirə edilib.  

2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasında 5745 bakalavr iştirak edib, onlardan 3835 tələbə imtahanları müvəffəqiyyətlə başa vurub, 1910 tələbənin isə akademik borcu yaranıb ki, bu da müvəffəqiyyət göstəricisinin 67% olması ilə nəticələnib. Əvvəlki tədris ilinin imtahan nəticələrinə uyğun müvəffəqiyyət göstəricisi isə 90% olub”. 

N.Cəlillinin sözlərinə görə, akademik borcu yaranan tələbələr 1 və bəziləri 2 imtahan olmaqla ümumilikdə 2388 nəfər təkrar imtahanda iştirak edib. 

1278 nəfər tələbə Appelyasiyaya müraciət edib.

Xəbər lenti

Çox oxunanlar