Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Bakıya qayıdıb.
Xezerxeber.az xəbər verir ki, onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, K. Zeynallı Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfindən axtarışa verilməsi ilə əlaqədar idi.