Xəzər Xəbər

Sabah Bakının bir hissəsində qaz olmayacaq

Cəmiyyət | 18:22 • 21 Fevral 2024
Sabah Bakının bir hissəsində qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Xezerxeber.az-a SOCAR “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. 

Məlumata görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə 22.02.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti