Xəzər Xəbər

Bakı-Tbilisi reysini aviayerinə yetirən təyyarə geri qayıdıb

Cəmiyyət | 08:30 • 17 Fevral 2024
Bakı-Tbilisi reysini aviayerinə yetirən təyyarə geri qayıdıb

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. 

Buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 08:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Xəbər lenti

Çox oxunanlar