Xəzər Xəbər

"Azərsığorta"nın lisenziyası ləğv edilib

Cəmiyyət | 09:34 • 16 Fevral 2024
"Azərsığorta"nın lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərsığorta" ASC-nin lisenziyasını ləğv edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. 

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 31-də Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta”nın fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Fərman əsasında AMB-nin İdarə Heyətinin 14 fevral 2024-cü il tarixli qərarı ilə səhmdar cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 14 oktyabr 2009-cu il tarixli, 000270 nömrəli lisenziya ləğv olunub.

Xəbər lenti

Çox oxunanlar