Həkim məsləhəti olmadan vitamin qəbul etmək olmaz.
Xezerxeber.az xəbər verir ki, bu barədə Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklun deyib.
Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunitet sistemini güclü saxlamaq üçün balanslı qidalanma və nizamlı yuxu kifayət edir. Vitamin qəbul etmə ilə əlaqədar xüsusi bir xəstəliyi olmayan insanlar əslində buna ehtiyac duymur, çünki onlar yedikləri qidalarla həmin vitaminləri artıq qəbul etmiş sayılırlar. Qış aylarında yoluxucu xəstəliklərlə mübarizədə həkim məsləhəti ilə vitamindən istifadə etmək olar. Məsələn, C vitamini ilə zəngin qidalar bol istehlak etmək xəstəliklərin qarşısını almağa müvəffəqdir. Bundan əlavə, kifayət qədər maye istehlakı və balanslı qidalanmaya diqqət yetirilməlidir. İnternetdən alınan, tərkibi bilinməyən vitaminlərdən qəti şəkildə uzaq durmaq gərəklidir. Bütün bunlar “immunitet sistemini gücləndirir” adı altında satılan və heç də belə olmayan lazımsız məhsullardır. Əksinə, belə məhsullardan istifadə edən insanlarda sonradan müəyyən fəsadlar da ortaya çıxa bilər. Həkim məsləhəti olmayan vitaminlər də sağlamlıq üçün zərərlidir.
“Hər bir məhsul mədədə sorulduqdan sonra qaraciyərə və böyrəyə gedir, oradan da xaric olur. İfraz olunmursa, bu, orqanizmdə yığılır, böyük bir problemə çevrilir. Ona görə də belə məhsullar bütün orqanlara zərər verir. Hansısa bir dərman dozadan artıq qəbul edilərsə bu da təbii ki, mənfi təsirini göstərəcək. Ona görə də hər dərmanın yaş qruplarına görə bir dozası var. Unutmayaq ki, doğru şəkildə və həkim məsləhəti ilə qəbul edilən vitaminlər insan sağlamlığı üçün faydalıdır”, - deyə Qalip Ekuklu əlavə edib.