Ağcabədidə qanunsuz ov edənlər tutulub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov edən şəxslər müəyyən edilib.
Laçın RPŞ-nin əməkdaşları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qanunsuz ov edən 2 nəfəri müəyyən ediblər. Həmin şəxslərdən 1 ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.