Xəzər Xəbər

Yumurta bu xəstəliklərdən əziyyət çəkən insanlar üçün faydalıdır

Cəmiyyət | 17:54 • 9 Fevral 2024
Yumurta bu xəstəliklərdən əziyyət çəkən insanlar üçün faydalıdır

Aparılan tədqiqatların nəticələri yumurtanın piylənmə və hipertoniyadan əziyyət çəkən insanlara müsbət təsir göstərdiyini aşkarlayıb.

AZƏRTAC tibbi saytlara istinada bildirir ki, uzun müddətdir yumurta xolesterinin əsas mənbəyi olduğu üçün zərərli qida hesab olunurdu. Lakin son dövrlər aparılan araşdırmalar yumurtada xolesterindən əlavə, çoxlu faydalı mikroelementlərin olduğunu sübut edib. İtaliyalı alimlər yeni araşdırmada hipertoniya və qaraciyər yağlanması diaqnozu qoyulmuş 60 yaşdan yuxarı insanlara yumurtanın necə təsir etdiyini öyrənmək üçün müəyyən eksperimentlər həyata keçiriblər. Eksperimentdə 980 nəfər iştirak edib.

Nəticələr göstərib ki, həftədə üç yumurta istehlakı yüksəkkeyfiyyətli protein, minerallar və vitaminlərin olması səbəbindən hipertoniya və qaraciyər yağlanması riskini azaldır.

Alimlər yumurtanı tərəvəzlə bişirməyi tövsiyə ediblər. Bu halda yeməkdən maksimum fayda əldə edilir.

Rubrikanın digər xəbərləri

Leysan yagacaq
Leysan yagacaq XƏBƏRDARLIQ
14:20 • 17 Noyabr 2024
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
12:44 • 17 Noyabr 2024
Hava şəraiti dəyişəcək
Hava şəraiti dəyişəcək
16:44 • 15 Noyabr 2024
Sabah bəzi yerlərdə duman olacaq
Sabah bəzi yerlərdə duman olacaq PROQNOZ
13:15 • 15 Noyabr 2024
Ölkə ərazisində hava yağmursuz olub
Ölkə ərazisində hava yağmursuz olub Faktiki hava
09:27 • 15 Noyabr 2024
Sabah hava əsasən yağmursuz olacaq
Sabah hava əsasən yağmursuz olacaq
12:51 • 14 Noyabr 2024

Xəbər lenti