Azərbaycanın bölgələri üzrə fevral ayının pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensyaları bu ayın 15-16-sı tarixlərində tam ödəniləcək.
Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov deyib.
Onun sözlərinə görə, pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək. Yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.
Qeyd edək ki, fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlanacaq. Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək.