Xəzər Xəbər

Pensiyaların hesablanması və təyinatında mühüm yenilik edilir

Yeni islahat zərfi hazırlanıb
Cəmiyyət | 14:55 • 6 Fevral 2024
Pensiyaların hesablanması və təyinatında mühüm yenilik edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi trəfindən pensiyaların hesablanması və təyinatı ilə bağlı yeni islahat zərfi hazırlanıb. 

Xezerxeber.az-ın əldə etdiyi məlumata görə, yeni təkliflər zərfi hazırda yuxarı orqanlarda müzakirə edilir. 

Yeni təkliflər paketinin yaxın vaxtlarda Milli Məclisə təqdim olunacağı gözlənilir. Parlament yeniliyi dəstəkləsə, müvafiq qanunvericiliyə dəyişikliklər ediləcək. Beləliklə, pensiyanın növünü dəyişmə prosesi sadələşəcək. 

Qeyd edək ki, hazırda bir pensiya növündən digərinə keçmək müraciət əsaslıdır. Yəni bir neçə növ pensiya almaq hüququ yaranan şəxs pensiya növünü dəyişmək üçün mütləq müraciət etməlidir. Amma yeni islahat zərfinə əsasən, əgər vətəndaşın iki və daha çox pensiya hüququ varsa, sistem avtomatik olaraq onun ən yüksək məbləğini hesablayacaq və təyin edəcək. Məsələn, vətəndaş yaşa görə 320 manat pensiya alır. Amma onun ailə başçısını itirməyə görə də pensiya almaq hüququ yaranıb. Ailə başçısını itirməyə görə isə həmin vətəndaş 500 manat almaq hüququ var. Bu zaman vətəndaşın müraciətinə ehtiyac qalmayacaq və yeni sistem proaktiv qaydada həmin şəxsin aldığı 320 manatı 500 manata qaldıracaq. Həmin vətəndaşa isə bu barədə mesaj göndəriləcək.  

Xəbər lenti

Çox oxunanlar