2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 2967 gənc müəllim müddətsiz müqavilə ilə işə qəbul olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 3114 gənc müəllim isə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə götürülüb.