Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.
Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği
Sıra №-si |
Kateqoriya |
Tutulma vaxtı |
İstehsal- buraxılış ili |
Utilizasiya haqqının məbləği (manatla) |
1. |
Minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) |
Gömrük rəsmiləşdirilməsi zamanı |
4 ildən 7 ilədək olduqda |
400 |
7 il və daha çox olduqda |
700 |
|||
4 ildən 10 |
||||
ilədək |
10 |
|||
olduqda |
||||
“Yol hərəkəti |
||||
2. |
haqqında” Azərbaycan Respublikasının Qanununun 27- ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat |
Hər dövlət texniki baxışı zamanı |
10 ildən 20 ilədək olduqda |
20 |
20 ildən 30 ilədək olduqda |
30 |
|||
vasitələri |
||||
30 il və |
||||
daha çox |
40 |
|||
olduqda |
4
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 yanvar tarixli 62 nömrəli Qərarı ilə
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi
Sıra №-sı |
Nəqliyyat vasitələri |
Təsnifat |
Güzəşt məbləği (manatla) |
1.1. |
Kvadrisikl və təkərləri dörddən az olanlar |
L |
200 |
1.2. |
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olmayan və sərnişindaşımada istifadə olunanlar |
M1, M1G |
1500 |
1.3. |
İcazə verilən maksimum kütləsi 3,5 tonu aşmayan və yükdaşımada istifadə olunanlar |
N1, N1G |
1500 |
1.4. |
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, lakin icazə verilən maksimum kütləsi 5 tonu aşmayan və sərnişindaşımada istifadə olunanlar |
M2, M2G |
2000 |
1.5. |
İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunanlar |
N2, N2G |
2000 |
1.6. |
Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə, 8-dən artıq olan, icazə verilən maksimum kütləsi 5 tonu aşan və sərnişindaşımada istifadə olunanlar |
M3, M3G |
3000 |
1.7. |
İcazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə olunanlar |
N3, N3G |
3000 |
1.8. |
Təkərli və tırtıllı traktorlar |
T, TK, TT |
2000 |
1.9. |
Mexaniki və ya hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər |
H, HT |
3000 |
1.10. |
Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar |
HK |
3000 |
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün birdəfəlik ödənişin məbləği bu Əlavənin 1-ci hissəsində göstərilən müvafiq güzəşt məbləğinin 70 (yetmiş) faizi həcmində müəyyən edilir.
Bu Qərara 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən 2 il müddətinə 50 % tətbiq edilir.
Bu Qərarın 1-ci və 3-cü hissələri 2024-cü il fevralın 1-dən, 2-ci hissəsi 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Bu Qərarda dəyişiklik ölkə Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.