Azərbaycana səfərimizin məqsədi iki ölkə arasındakı qardaşlıq bağlarını gücləndirməkdir.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin təhsil naziri Yusuf Tekin söyləyib.
O bildirib ki, hər iki ölkənin təhsil nazirinin üzərinə düşən öhdəlik Vətən torpaqları uğrunda canını verməyə hazır olan gələcək nəsillər yetişdirməkdir.
“Diləyirəm ki, bir daha torpaqlarımız uğrunda döyüşmək məcburiyyətində qalmayaq”, - deyə Yusuf Tekin qeyd edib.