Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Xezerxeber.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir.
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.