“Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə hər iki ölkədən olan gənclərimiz həm Türkiyədə, həm də Azərbaycanda təhsil almaq imkanı əldə edəcəklər”.
Bunu Türkiyənin təhsil naziri, professor Yusuf Tekin deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın keçən ilin iyun ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə-Azərbaycan Universitetinin yaradılması məsələsi gündəmə gəlib:
“Bu məsələ hələ də aktualdır”, - nazir söyləyib.
Qeyd edək ki, Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsindən Azərbaycan-Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi məqsədilə 10 milyon manat vəsait ayrılıb. Ali məktəbdə mühəndislik və tibb ixtisasları üzrə olmaqla 240 tələbənin təhsil alması nəzərdə tutulub.