Sumqayıt-Pirşağı-Bakı qatarında gecikmə olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.
Bildirilib ki, bu gün saat 7:45-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan ekspress sərnişin qatarı texniki səbəbə görə qrafikdən qismən kənara çıxıb və hərəkəti saat 8:20-də bərpa edilib.
Qeyd edilib ki, sərnişinlər qrafikdə olan digər qatarlara yönləndirilib. Ekspress qatar istisna olmaqla, digər sərnişin qatarları hərəkətlərini qrafik üzrə davam etdirir.