Xəzər Xəbər

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət | 12:52 • 25 Yanvar 2024
Sabahın hava proqnozu açıqlanıb

Yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024