"İmtahan tariflərində heç bir dəyişiklik yoxdur".
Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, belə bir dəyişiklik olarsa, Tarif Şurasının qərarı olmalıdır: "Kütləvi imtahanların sifarişçisi Elm və Təhsil Nazirliyidir. Bu imtahanlarda iştirakçılar pul ödəmir. Onların ödənişləri dövlət tərəfindən ödənilir".