Xəzər Xəbər

Şaxtalı hava şəraiti bu tarixə qədər DAVAM EDƏCƏK

Cəmiyyət | 15:32 • 24 Yanvar 2024
Şaxtalı hava şəraiti bu tarixə qədər

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zərgəzurda, Naxçıvan MR-da, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək. Bəzi yolların buz bağlayacağı ehtimalı var.

Xəbər lenti