Xəzər Xəbər

Şirvanda Araz zavodunda partlayış zamanı xəsarət alanların SON VƏZİYYƏTİ

Cəmiyyət | 11:07 • 24 Yanvar 2024
Şirvanda Araz zavodunda partlayış zamanı xəsarət alanların

Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə gətirilən 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub.

Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. (trend)

Xəbər lenti

Çox oxunanlar