Xəzər Xəbər

İşçinin əmək hüquqlarını pozan direktor 20 min manat cərimə edilib

Cəmiyyət | 16:20 • 12 Yanvar 2024
İşçinin əmək hüquqlarını pozan direktor 20 min manat  cərimə edilib

İşçinin əmək hüquqlarının pozulmasına görə hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Xezerxeber.az bildirir ki, Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı “Baksel Tele Satış Mərkəzi” MMC-nin direktoru Səyyad İbrahimlinin əmək müqaviləsi bağlamadan Pəri Orucovanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən olunub.
Fakt üzrə Mingəçevir Şəhər Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Xəbər lenti