Hökumət Ödəniş Portalının (HÖP) internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
“HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz”, - deyə məlumatda qeyd olunub.