Xəzər Xəbər

Yağıntılı hava şəraiti davam edir

Cəmiyyət | 18:44 • 10 Yanvar 2024
Yağıntılı hava şəraiti davam edir

Yanvarın 10-u saat 18:00-a olan məlumata əsasən, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar, Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış yağır.

Şəki, Quba, Oğuz, Xaltan, Daşkəsən, Lerik, Göygöl, Qax, Hacıqabul, Şamaxıda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 4°-dək isti, Naxçıvan Muxtar Respublikasında 2-8° isti, dağlıq rayonlarda 0°-yə yaxın, yüksək dağlıq ərazilərdə isə 5°-dək şaxta qeydə alınıb.

Xəbər lenti

Dönər bahalaşacaq VİDEO
19:34 • 7 Noyabr 2024