Xəzər Xəbər

Aygün Bəylərin vəfat etdiyi rəsmən TƏSDİQLƏNDİ YENİLƏNİB 2

Cəmiyyət | 01:57 • 7 Yanvar 2024
Aygün Bəylərin vəfat etdiyi rəsmən TƏSDİQLƏNDİ

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Xezerxeber.az  xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Aygün Bəylər uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Bu yaxınlarda Bakıda solo konsertlə çıxış edən müğənni səhhətində yaranan ağırlaşma səbəbindən Ankaraya yollanıb və elə orada da vəfat edib.

Allah rəhmət eləsin.

21:58

Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

"Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib 

21:08

Əməkdar artist Aygün Bəylər vəfat edib.

Müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb. 

Allah rəhmət eləsin.

Xəbər lenti

Çox oxunanlar