Xəzər Xəbər

Ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb

Cəmiyyət | 16:08 • 3 Yanvar 2024
Ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 3-ü saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. 

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Mingəçevirdə 16 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 14 dərəcəyədək isti, Naxçıvan MR-da 6 dərəcəyədək isti, aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti qeydə alınıb.

Gülşad Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi 4-ü gecə saatlarından tədricən zəifləyəcək, 4-ü gündüz və 05-də arabir güclənən cənub-qərb küləyi əsəcək.

Xəbər lenti