Xəzər Xəbər

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə reys təyin edilib

Cəmiyyət | 14:33 • 3 Yanvar 2024
Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə reys təyin edilib

Bayram tətili günlərində Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə reys təyin olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Xezerxeber.az-a bildirilib ki, bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət ekspress sürət qatarını əlavə reysə cəlb edib. Belə ki, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləmək və ya www.ady.az saytına keçid etmək lazımdır.

Xəbər lenti

Çox oxunanlar