Xəzər Xəbər

Yeni ilin ilk körpəsi dünyaya gəlib FOTO

Cəmiyyət | 08:32 • 1 Yanvar 2024
Yeni ilin ilk körpəsi dünyaya gəlib

Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

Bu barədə Xezerxeber.az-a TƏBİB-dən məlumat verilib.

Saat 00:01-də doğulan körpənin cinsi qızdır. Onun boyu 45 santimetr, çəkisi 2 kiloqram 580 qramdır. Doğulan uşaq ananın ilk hamiləliyi olub.

Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib.

Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

Xəbər lenti