Xəzər Xəbər

DYP yollardakı sıxlıqla bağlı sürücülərə müraciət edib

Cəmiyyət | 19:17 • 30 Dekabr 2023
DYP yollardakı sıxlıqla bağlı sürücülərə müraciət edib

Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.

Xezerxeber.az xəbər verir ki, bu bərədə DYP-nin müraciətində bildirilib. 

Qeyd edilib ki, bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib.

"Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar", - məlumatda deyilir.

Xəbər lenti

Çox oxunanlar