Xəzər Xəbər

Bəzi tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Cəmiyyət | 16:24 • 30 Dekabr 2023
Bəzi tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il aprelin 2-dək uzadılıb.

Xəbər lenti

Çox oxunanlar