Xəzər Xəbər

Yanvarın 2-si üçün hava proqnozu açıqlanıb

Cəmiyyət | 14:58 • 30 Dekabr 2023
Yanvarın 2-si üçün hava proqnozu açıqlanıb

Yanvarın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 4-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti