Bakıda bulvar ərazisində batan qayıq Dənizkənarı Bulvar İdarəsinin balansında deyil.
Bu barədə xeserxeber.az-a Dənizkənarı Bulvar İdarəsindən bildirilib.
Qeyd olunub ki, həm qayıq, həm də qayığın batdığı ərazi Bulvar İdarəsinə aid deyil. O da bildirilib ki, keçən ilin oktyabr ayından Dənizkənarı Bulvar İdarəsinin balansında olan tur qayıqlarının fəaliyyəti dayandırılıb.