Xəzər Xəbər

Azərbaycanda çörəyin qiyməti BAHALAŞA BİLƏR? TƏHLİL

Cəmiyyət | 17:51 • 18 Dekabr 2023
Azərbaycanda çörəyin qiyməti BAHALAŞA BİLƏR?

Rusiya hökuməti bərk buğdanın ixracına qadağa qoyur. Qadağa artıq qüvvəyə minib və gələn ilin may ayının sonuna qədər qüvvədə olacaq.

Bərk buğdadan daha çox makaron istehsalında istifadə edilir. Lakin Azərbaycanda bərk buğdadan çörək istehsalında da istifadə edənlər var.

Azərbaycan ən çox taxılı Rusiyadan idxal edir.

Rusiyanın qoyduğu qadağa ölkəmizdə çörəyin qiymətinin qalxmasına səbəb ola bilər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Rusiya hökumətinin bərk buğdanın ixracına qadağa qoyması ölkəmizdə çörəyin qiymətinə təsir etməyəcək.

"Dünyada taxıl qiymətlərinə nəzər salsaq, ucuzlaşmaların şahidi olarıq. Ötən ay buğdanın qiymətində 3% ucuzlaşma qeydə alınıb. Bu il dünyanın taxıl bazarında Ukraynanın rolunun azalmasına baxmayaraq, böyük taxıl istehsalçısı olan ölkələr gözləniləndən artıq buğda hasil edib.

Buğdanın ucuzlaşması nəticəsində Azərbaycan bu il ötən illə müqayisədə, idxal etdiyi taxıla 30%-ə qədər daha az pul xərcləyib. Ölkəmizdə kifayət qədər buğda ehtiyatı var", - deyə o qeyd edib. (trend)

Xəbər lenti

Çox oxunanlar