Xəzər Xəbər

TƏBİB-dən Lənkəranda 3 yaşlı uşağın ölümü ilə bağlı MƏLUMAT

Cəmiyyət | 16:41 • 18 Dekabr 2023
TƏBİB-dən Lənkəranda 3 yaşlı uşağın ölümü ilə bağlı

Lənkəranda 3 yaşlı uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

Xezerxeber.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi məlumata görə, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) 17.12.2023-cü il tarixində saat 06:00 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə gətirilib.

Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virus mənşəli meninqoensefalit diaqnozu qoyulub. Görülən reanimasiyon tədbirlərə baxmayaraq, saat 15:00 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar