Xəzər Xəbər

Azərbaycanda bəzi məktəblər LƏĞV EDİLƏCƏK

Cəmiyyət | 10:02 • 18 Dekabr 2023
Azərbaycanda bəzi məktəblər

2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub.

Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: "Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir". (apa)

Xəbər lenti

Çox oxunanlar